Türkiyənin müdafiə sənayesi nəhənglərindən biri olan ASELSAN tərəfindən hazırlanmış ASLAN silahlı pilotsuz quru vasitəsi, Almaniyada keçirilən NATO-nun ilin ən böyük təlimi olan "Steadfast Dart 26"-da nümayiş etdirilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın "Defence Blog" saytı məqalə dərc edib.
Məqaləyə əsasən, ASLAN sahədəki üstün performansı ilə həm NATO müttəfiqləri, həm də beynəlxalq mətbuat arasında böyük ajiotaj yaradıb.
"Təlim zamanı Türkiyə bölmələri kəşfiyyat və dəstək missiyalarında ASLAN-dan effektiv şəkildə istifadə etdi. Bütün bunlar Türkiyə Silahlı Qüvvələrinin texnologiyanı sahəyə uğurla inteqrasiya etdiyini sübut edir. Türklər müasir müharibə texnologiyalarında yeni yol qət ediblər. Platforma elektro-optik sensorlar, istilik görüntüləmə sistemləri və uzaqdan idarə olunan stabilləşdirilmiş silah stansiyaları ilə unikal bir arxitekturaya malikdir", - məqalədə qeyd olunub.
