RU

ABŞ-də minlərlə uçuş ləğv edilib

Şimal-şərqə təsir edən qar fırtınası səbəbindən ABŞ-də 6000-dən çox uçuş ləğv edilib.

Azreform.info xəbər verir ki, "FlightAware"in məlumatına görə, Nyu-York ərazisindəki hava limanlarında, o cümlədən Con F. Kennedi, LaQuardia və Nyuark Liberti Beynəlxalq hava limanlarında təxminən 1500 uçuş ləğv edilib.

Boston, Filadelfiya və Vaşinqtondakı digər əsas hava limanlarında da uçuşlar ləğv edilib. Daha 17000 uçuş təxirə salınıb.

Şimal-şərqdəki əlverişsiz hava şəraiti səbəbindən ictimai nəqliyyat dayandırılıb, səyahət qadağaları qoyulub və yollardan kənarda qalmaq barədə xəbərdarlıqlar edilib.

Həmidə İbrahimova

Избранный
5
3
azreform.info

4Источники