RU

“Adsız qadın” - Ankarada Xocalı soyqırımı bu tamaşa ilə də anıldı

Yazını böyüt
Yazını kiçilt

Ankaradakı “Akün” Mərkəzində Xocalı soyqırımına həsr olunmuş “Adsız qadın” tamaşası nümayiş etdirilib. Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən teatr tamaşası qanlı faciənin 34-cü ildönümünə həsr olunub.

Hafta.az xəbər verir ki, tamaşanın rejissoru Mine Bayrakterin sözlərinə görə, “Adsız qadın” əsəri geniş ictimaiyyəti Azərbaycanın mülki əhalisinə qarşı törədilən dəhşətli cinayətlər barədə məlumatlandırmaq üçün yazılıb. Onun sözlərinə görə, Azərbaycanəsilli türk yazıçısı Aygün Həsənoğlunun eyniadlı əsəri əsasında yazılmış pyes Cəfər Cabbarlı adına Türk-Azərbaycan Teatrı tərəfindən səhnələşdirilib.

Tamaşada baş rolu istedadlı aktrisa Kəmalə Kamilqızı canlandırıb.

Rejissor qeyd edib ki, hekayə Xocalı soyqırımı zamanı ermənilər tərəfindən əsir götürülmüş bir qadının taleyi üzərində qurulub:

“Tamaşanın əsas mövzusu cəsarət və Vətənə sevginin istənilən sınaqdan, işgəncədən və vəhşilikdən daha güclü olmasıdır”.

Tamaşa arxiv görüntüləri, həmçinin Azərbaycan və Türkiyə bəstəkarlarının musiqi əsərləri ilə müşayiət olunub.

Diplomatlar, siyasi partiyaların nümayəndələri, hərbi kursantlar və digər tamaşaçılar Cəfər Cabbarlı adına Türk-Azərbaycan Teatrının aktyorlarının məharətini alqışlarla qarşılayıblar./azertag/

Избранный
2
2
hafta.az

3Источники