Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib ki, Birinci Qarabağ müharibəsi dövründə ermənilər soydaşlarımıza qarşı soyqırım cinayətləri törədib.
Sahibə Qafarova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Qələbə sayəsində xalqımıza qarşı etnik təmizləmələrə son qoyulub, Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alınıb.
Spiker təklif edib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.
Parlamentdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.