RU

Parlamentdə Xocalı qurbanlarının xatirəsi anıldı

Birinci Qarabağ müharibəsi dövründə ermənilər soydaşlarımıza qarşı soyqırım cinayətləri törədib. 

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Sahibə Qafarova deyib. 

"Prezidentin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyi tarixi qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa olunub və xalqımıza qarşı etnik təmizləmələr və soyqırımı cinayətlərinə son qoyulub. Xocalı qurbanlarının qisası döyüş meydanlarında alınıb".

Spiker baş verən faciə nəticəsində həyatını itirən Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.

Parlamentdə Xocalı qurbanlarının xatirəsi anılıb. 

Избранный
9
ucnoqta.az

1Источники