RU

Bu il Azərbaycandakı sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq

Bu il Azərbaycandakı sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması, daha 2 müəssisənin təməlinin qoyulması planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

O, qeyd edib ki, sənaye zonalarının genişləndirilməsi prosesi bu ilin ilk ayından etibarən sürətlə davam edir: "Artıq yanvar ayında Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında iki müəssisənin açılışını edib, bir müəssisənin təməlini qoyub. Dövlət başçısının sənaye zonalarının inkişafına göstərdiyi diqqət və dəstək bu sahənin ölkənin iqtisadi siyasətində prioritet istiqamətlərdən olduğunu bir daha təsdiq edir. Əsas məqsəd sənaye zonalarını ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını təmin edən strateji mərkəzlərə çevirməkdir. Hazırda agentlik bu istiqamətdə fəaliyyətini aktiv şəkildə davam etdirir".

Избранный
28
1
ikisahil.az

2Источники