RU

“Rəqəmsal məktəb” platformasından istifadə edən şagirdlərin sayı açıqlandı

“Rəqəmsal
““Rəqəmsal məktəb” platforması 543 mindən çox şagirdi əhatə edir”. 1news.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, təhsilin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən layihələr çərçivəsində “Rəqəmsal məktəb” platforması 2025-ci ilin sentyabr ayından Bakı şəhərində tətbiq edilir: “Platforma hazırda paytaxt üzrə 354 ümumi təhsil müəssisəsini əhatə edir. “Rəqəmsal məktəb” vasitəsilə 543 255 şagird, 360 709 valideyn və 44 552 pedaqoji heyət üzvü rəqəmsal sistemə qoşulub. Platformada ümumilikdə 9 235 rəqəmsal məzmun yerləşdirilib”. Vûsal Xanlarov qeyd edib ki, layihə çərçivəsində I–XI siniflər üzrə 9 235 tədris videosu platformaya inteqrasiya olunub.

Videomateriallar ümumi təhsil proqramına uyğun şəkildə hazırlanıb və şagirdlərin dərs materiallarına əlçatanlığını artırmağa xidmət edir: “Bununla yanaşı, “Müəllim” mobil tətbiqi də istifadəyə verilib. Tətbiq müəllimlərin gündəlik işini asanlaşdırmaq, təhsil prosesində rəqəmsal idarəetməni təmin etmək məqsədilə hazırlanmış rəsmi platformadır. Sistem vasitəsilə müəllimlər dərs prosesini daha operativ şəkildə idarə edə, məlumat mübadiləsini sürətləndirə bilirlər”.

Избранный
29
2
1news.az

4Источники