RU

Bayramov: Xocalıda 4 mindən çox sakin məskunlaşıb

İşğaldan azad olunmuş ərazilərdə bərpa və məskunlaşma prosesi davam edir və Xocalı rayonunda artıq 4 mindən çox sakin məskunlaşıb. Bunu deputat Vüqar Bayramov fevralın 24-də Milli Məclisdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Xocalı şəhəri və rayonun 7 kəndi yenidən qurulur, Qarabağ və Şərqi Zəngəzurda hazırda 75 mindən çox vətəndaş yaşayır və çalışır. Bu ilin sonunadək bölgədə əlavə 80 min nəfərin məskunlaşması gözlənilir və nəticədə azad olunmuş ərazilərdə yaşayanların sayı 150 min nəfəri ötəcək.

Deputat qeyd edib ki, zəfərdən sonra bölgənin bərpasına indiyədək 23 milyard manata yaxın vəsait ayrılıb, 2026-cı il də daxil olmaqla ümumi məbləğin 26 milyard manatdan artıq olması planlaşdırılır. Ayrılan vəsait infrastrukturun yenidən qurulması, yaşayış evlərinin tikintisi, sosial və kommunal xidmətlərin təşkili üçün istifadə olunur.

İlkin qiymətləndirmələrə görə, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatında 10 faiz pay formalaşdırmaq potensialı var. Bu isə yaxın illərdə ölkə iqtisadiyyatına 15 milyard manatdan çox əlavə dəyər qatılması deməkdir.

Избранный
19
2
anews.az

4Источники