RU

Milli Kitabxanada Abdulla Şaiqin 145 illiyi münasibətilə SƏRGİ

Yazını böyüt
Yazını kiçilt

Milli Kitabxanada tanınmış yazıçı, şair, dramaturq, tərcüməçi və pedaqoq Abdulla Şaiqin 145 illiyi münasibətilə virtual və ənənəvi kitab sərgisi açılıb.

Hafta.az xəbər verir ki, sərgilərdə görkəmli ədibin şeirləri, qəzəlləri, poemaları, pyesləri, hekayələri, povest və romanları, tərcümələri, tərtibçi və redaktor olduğu kitablar nümayiş olunur.

Həmçinin Abdulla Şaiqin həyatı, nəsr və tərcümə yaradıcılığı, dramaturgiyası, vətənpərvərlik, etika və tərbiyə, qadın azadlığı məsələlərinə aid baxışları, pedaqoji və ədəbi-tənqidi görüşləri, ev-muzeyi və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları və fotolar yer alıb.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Virtual sərgi ilə link vasitəsilə tanış olmaq mümkündür.

Избранный
7
3
hafta.az

4Источники