BAKI, 24 fevral. TELEQRAF
İspaniyanın “Malyorka” klubu baş məşqçi Xaqoba Arrasate ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb
Rəhbərlik bu qərarı komandanın hazırkı turnir cədvəlindəki vəziyyətinə görə qəbul edib.
Qeyd edək ki, “Malyorka” La Liqada keçirdiyi 25 oyundan sonra 24 xalla 18-ci pillədə qərarlaşıb.