RU

Bu günə qədər amnistiya aktı neçə nəfərə tətbiq olunub?

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Dekabrın 19-da qəbul edilən amnistiya aktı indiyədək 18 355 şəxsə şamil edilib.

Oxu.Az-ın məlumatına görə, bunu Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binasında keçirilən "Açıq qapı günü" ilə bağlı tədbirdə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev deyib.

Onun sözlərinə görə, amnistiya tətbiq edilənlərdən 5 638 nəfər azadlıqdan məhrumetmə cəzasından, 9215 nəfər isə digər cəzalardan azad olunub.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7703 nəfər cəzadan azad edilib. Amnistiya tətbiq olunan şəxslərdən 9 nəfəri intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslərdir. Eyni zamanda, amnistiya aktı hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş 146 nəfərə, islah işləri cəzasına məhkum edilmiş 685 nəfərə, ictimai işlər cəzasına məhkum edilmiş 68 nəfərə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş 604 nəfərə şamil edilib.

Bununla yanaşı, cərimə cəzasına məhkum edilmiş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, habelə 3000 manatadək cərimə cəzası təyin edilən 878 nəfər həmin cəzadan azad edilib.

Amnistiya tətbiq olunan şəxslərdən 572 nəfəri Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlər, qadınlar, əlillər, 18 yaşına çatmayan şəxslərdir.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
3
oxu.az

4Источники