RU

Meksikada həbsxanaya hücum 23 məhbus qaçdı

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Meksikanın Xalisko ştatında həbsxanaya hücumdan sonra məhbusların kütləvi qaçışı baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Jalisco Noticias” nəşri məlumat yayıb.

Hadisə ştatın Puerto-Valyarta şəhərində baş verib. Belə ki, “Xaliskonun yeni nəsli” kartelinin lideri, “El Menço” ləqəbli Nemesio Oseguera Servantesin zərərsizləşdirilməsindən sonra silahlı qruplaşmaların həbsxanaya hücumu nəticəsində 23 məhbus qaçmağa nail olub.

Bildirilir ki, silahlı şəxslərdən ibarət qruplar əvvəlcə həbsxananı atəşə tutub, daha sonra isə avtomobillə darvazaları qıraraq müəssisənin ərazisinə daxil olublar.

Həbsxana əməkdaşları hücumu dəf edə biliblər. Hücum nəticəsində həbsxana mühafizəçilərindən bir nəfər həlak olub. Bundan sonra müəssisənin daxilində qiyam baş verib. Qiyamı yatırmaq üçün əraziyə əlavə qüvvələr cəlb edilib. Hazırda vəziyyətin nəzarət altına alındığı bildirilir.

Xatırladaq ki, fevralın 22-si Meksikada “Xaliskonun yeni nəsli” narkokartelinin başçısı, “El Menço” ləqəbli Nemesio Oseguera Servantes hökumətin xüsusi hərbi əməliyyatı nəticəsində zərərsizləşdirilib. Hadisədən sonra Meksikanın bəzi ştatlarında hökumət qüvvələri ilə kartelə bağlı silahlılar arasında toqquşmalar artıb. Toqquşmalar nəticəsində 25 nəfəri təhlükəsizlik işçisi olmaqla, 55 nəfər həyatını itirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
qafqazinfo.az

1Источники