RU

Xocalıda məskunlaşan əhalinin SAYI AÇIQLANDI

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

"İşğaldan azad olunmuş ərazilərdə bərpa və məskunlaşma prosesi sürətlə davam edir. Xocalı rayonunda artıq 4 mindən çox sakin məskunlaşıb".

Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı Milli Məclisdə çıxışı zamanı deputat Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, Xocalı şəhəri və rayonun 7 kəndi yenidən qurulur və infrastruktur layihələri çərçivəsində yollar, enerji və kommunal sistemlər modernləşdirilir.

"Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgəsində 75 mindən çox vətəndaş yaşayır və çalışır. Bu ilin sonuna qədər əlavə 80 min nəfərin məskunlaşması gözlənilir ki, nəticədə azad olunmuş ərazilərdə yaşayanların sayı 150 min nəfəri ötəcək. Deputatın vurğuladığına görə, bu proses yalnız yaşayış imkanlarının təmin edilməsi ilə məhdudlaşmır, həm də bölgənin iqtisadi və sosial dirçəlişinə xidmət edir",- deyə parlamentari vurğulayıb.

Onun sözlərinə görə, Zəfərdən sonra bölgənin bərpasına indiyədək 23 milyard manata yaxın vəsait ayrılıb və 2026-cı il də daxil olmaqla ümumi məbləğin 26 milyard manatdan artıq olması planlaşdırılır. Ayrılan vəsait əsasən infrastrukturun yenidən qurulması, yaşayış evlərinin tikintisi, sosial və kommunal xidmətlərin təşkili üçün istifadə olunur. Bu layihələr regionda təhsil, səhiyyə və digər ictimai xidmətlərin keyfiyyətinin yüksəlməsinə də töhfə verir.

Sonda parlamentari vurğulayıb ki, ilkin qiymətləndirmələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatında 10 faiz pay formalaşdırmaq potensialı var. Bu isə yaxın illərdə ölkə iqtisadiyyatına 15 milyard manatdan çox əlavə dəyər qatılması deməkdir. Bu rəqəmlər bölgədəki bərpa və investisiya imkanlarının strateji əhəmiyyətini, həmçinin sosial və iqtisadi inteqrasiyanın önəmini açıq şəkildə ortaya qoyur.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
2
bakivaxti.az

4Источники