RU

Əməkdar artist Kamalə Günəşlini parodiya etdi

Əməkdar artist Coşqun Rəhimov yenidən parodiyası ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, tanınmış aktyor bu dəfə müğənni Kəmalə Günəşlini səhnədə canlandıraraq tamaşaçıların diqqətini üzərinə çəkib.

Parodiya "Bu Şəhərdə"nin konsert proqramı çərçivəsində nümayiş olunub. Səhnədə Kəmalə Günəşlinin ifa tərzi və səhnə davranışlarını yumoristik formada təqdim edən Coşqun Rəhimov zalda alqışlarla qarşılanıb.

Xüsusilə konsert günündə göstərilən həmin səhnə sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi parodiyanı uğurlu və maraqlı hesab etsə də, digərləri məsələyə fərqli yanaşıb.

Избранный
1
3
publika.az

4Источники