RU

33 il sonra azad Kəlbəcərdə Ramazan sübh azanı

33 il sonra azad Kəlbəcərdə Ramazan sübh azanı verilir.

Turkustan.az xəbər verir ki, bu gün azad Kəlbəcər səmasında Ramazanın sübh azanı yüksəlir.

Sükutu yararaq, dağlara çırpılıb geri dönən o müqəddəs səs təkcə namaza çağırış deyil. O, torpağın yaddaşına qayıdan nəfəsdir. O, illərlə susdurulmuş minarələrin dirçəlişidir.

Bu azan nəyi ifadə edir? Bu azan – qayıdışın səsidir.
Bu azan – torpağın sahibinə qovuşmasının xəbəridir.
Bu azan – dağların, çayların, çəmənlərin “xoş gəldiniz” pıçıltısıdır.
Ramazan ayının sübh çağında oxunan azan ümidin ən saf anında ucalır. Gecə ilə gündüzün sərhədində, qaranlıqdan işığa keçid məqamında… Elə Kəlbəcərin taleyi kimi. Uzun bir zülm gecəsindən sonra doğan azadlıq səhəri kimi.
Bu səs təkcə bir şəhərdə eşidilmir. O, bütöv bir millətin ürəyində əks-səda verir. Məcburi köçkün çadırlarında böyüyən uşaqların xatirələrinə, ata ocağını yuxularda görən anaların göz yaşlarına, illərlə “bir gün qayıdacağıq” deyən ataların duasına cavabdır bu azan.
Bu azan səbrin mükafatıdır. Bu azan şəhidlərin ruhuna ünvanlanan minnətdarlıqdır. Bu azan tarixin ədalətinin təntənəsidir.
Azad Kəlbəcərdə sübh azanı bir daha göstərir ki, torpaq unudulmur. Yurd susmur. Və o səs bizə deyir: Qayıdış başlayıb. Həyat yenidən cücərir.
Ramazanın nurunda azad yurdlarımız dirçəlir. /Musavat.com/

Избранный
2
1
turkustan.az

2Источники