Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Prezidenti Donald Trampın yolda olduğunu iddia etməsinə baxmayaraq, Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin xəstəxana gəmisini Qrenlandiyaya göndərmək üçün heç bir əmr almayıb.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
“Hər iki xəstəxana gəmisi – “USNS Comfort” və “USNS Mercy” hazırda Alabamada texniki xidmətdədir və yerləşdirilməyə hazırlaşmır”, - məlumatda bildirilib.
Qeyd edək ki, dünən Tramp “çoxsaylı xəstə insana qulluq etmək üçün Qrenlandiyaya möhtəşəm bir xəstəxana gəmisi göndərdiklərini” yazmışdı.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.