RU

Türk iş adamı: Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixrac potensialı böyükdür

Bakı, 24 fevral, foto Nicat Həşimov, AZƏRTAC

Azərbaycanda kənd təsərrüfatı məhsullarının keyfiyyəti yüksək səviyyədədir. Xidmət sahələrində bu məhsullar istifadə edildikdə müştərilər və xarici ölkələrdən gələn turistlər çox razı qalırlar. Dadı və tamı ilə seçilən Azərbaycanın kənd təsərrüfatı məhsulları dünya bazarında tez bir zamanda özünə yer tapa bilər.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Bakıda keçirilən “Türkiyə-Azərbaycan ticarət nümayəndə heyəti və "B2B" görüşləri” tədbirində iştirak edən “Palet” firmasının direktoru, türk iş adamı Murat İkiz deyib.

O bildirib ki, Bakı və Türkiyədəki restoranlarda Azərbaycan məhsulları çox bəyənilir.

“Lakin ixrac çox azdır. Bu həcmi artırmaq lazımdır. Mən Azərbaycanın bir sıra bölgələrində olmuşam və insanların zəhmətkeş olduğunu görmüşəm. Azərbaycanın kənd təsərrüfatı sahəsində böyük ixrac potensialı var. Bu potensialdan istifadə etmək üçün dövlətin təşviqi də mövcuddur. Bu baxımdan bugünkü tədbirdə kənd təsərüfatında fəaliyyət göstərən şirkət rəhbərləri və fermerlər də var. Böyük ehtimal ki, Tükiyənin xidmət sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycandan kənd təsərrüfatı məhsulları almaq istəyəcəklər. Hazırda Türkiyədən Azərbaycana daha çox məhsul ixrac edilir. Əminəm ki, Azərbaycan məhsulları da Türkiyə bazarında özünə yer tapa bilər”, - deyə Murat İkiz sözlərinə əlavə edib.

Избранный
4
1
azertag.az

2Источники