RU

Rusiyanın hücumu başlayanda Bayden Zelenskiyə nə təklif edibmiş?

ABŞ-ın keçmiş prezidenti Co Bayden Rusiyanın işğalçı hücumu başlayandan dərhal sonra Ukrayna lideri Vladimir Zelenskidən ölkəni tərk etməsini istəyib.

Publika.az xəbər verir ki, bu barədə Zelenski özü məlumat verib. O, müharibənin başlamasının ildönümü ilə bağlı paylaşdığı videoda deyib:

"Mən burada Prezident Baydenlə danışdım və məhz burada ondan eşitdim: 'Vladimir, təhlükə var, təcili olaraq Ukraynanı tərk etməlisən'".

Zelenskinin sözlərinə görə, Vaşinqton ona ölkədən çıxmaqda kömək təklif edib. Video bunkerdə çəkilib və üzərində Nazirlər Kabineti və Ali Rada da daxil olmaqla, Ukrayna dövlət qurumlarının sektorlarını göstərən lövhələr var.

Избранный
14
publika.az

1Источники