RU

Diplom və attestatlar elektron formada veriləcək

Bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsilin rəqəmsallaşması" mövzusunda keçirilən brifinqdə deyib.O bildirib ki, platforma vasitəsilə vətəndaşlar övladlarının cari ümumi təhsili haqqında məlumatlar, müvafiq təhsil göstəriciləri, cari ali və orta ixtisas təhsili haqqında məlumatlar, ümumi təhsil barədə məlumatlar, peşə təhsili sənədləri barədə məlumatlar, xaricdə təhsillə bağlı Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil, xarici diplomlar, diplom məlumatlarını əldə edə bilirlər.

Onun sözlərinə görə, Nazirlər Kabineti təhsil haqqında dövlət sənədlərinin tam elektron formada verilməsi ilə bağlı qaydaları təsdiqləyib:

"Diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Təhsil sənədləri Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) üzərindən elektron formada hazırlanacaq. Sənədlərdəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təhlükəsiz şəkildə təqdim oluna və əldə edilə biləcək".

V.Xanlarov əlavə edib ki, təhsil sənədlərinə ştrix-kod əlavə olunmaqla onların həqiqiliyinin onlayn yoxlanılması mümkün olacaq.

AzVision.az
Избранный
6
1
azvision.az

10Источники