RU

İcbari tibbi sığortada yeni tarix: Ödəniş 2027-ci ildən...

İcbari tibbi sığorta (İTS) çərçivəsində müştərək maliyyələşmə məbləği 2027-ci il yanvarın 1-dən ödəniləcək.

Publika.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən, müştərək maliyyələşmə məbləği 2026-cı il yanvarın 1-dən ödənilməli idi.

Qeyd edək ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

Müştərək maliyyələşmə məbləği tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə və ya dərman vasitələrini buraxmış aptek təşkilatına sığortaolunan tərəfindən birbaşa ödənilir.

Избранный
6
6
publika.az

10Источники