RU

Seriala görə muzeydə uzun növbələr yarandı FOTO

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Nobel mükafatçısı Orhan Pamukun "Masumiyyət Muzeyi" romanı əsasında çəkilən eyniadlı serialın yayımı İstanbuldakı muzeyə marağı kəskin artırıb. Ekran işi rəqəmsal platformada təqdim olunan kimi izləyicilər hekayənin keçdiyi məkanı görmək üçün Beyoğluna üz tutublar. Muzeyin qarşısında yaranan növbələrin uzunluğu bəzən 100 metri keçir.Demokrat.az xəbər verir ki, Çukurcuma səmtində yerləşən bu məkan dünyada bədii əsər əsasında yaradılan ilk muzey sayılır. Yazıçı 19-cu əsrə aid binanı romanın atmosferinə uyğun formaya salaraq 2012-ci ildə istifadəyə verib. Burada qəhrəmanların əşyaları və o dövrün gündəlik həyatını əks etdirən müxtəlif detallar sərgilənir.Muzey rəsmiləri bildirirlər ki, serialın nümayişi mədəni məkanlara marağı yenidən canlandırıb. Yaxın günlərdə ziyarətçi sayının daha da artacağı gözlənilir. Bu hadisə ədəbiyyatla real məkanların vəhdətinin turizmə təsirini bir daha sübut edir.Qeyd edək ki, "Masumiyyət Muzeyi" romanının son səhifələrindəki bilet bölməsini girişdə möhürlədən şəxslər içəri ödənişsiz daxil ola bilərlər. Kitabı olmayan ziyarətçilər üçün giriş biletləri xarici turistlərə təxminən 400 TL (təxminən 15 manat), yerli vətəndaşlara 200 TL (təxminən 8 manat), tələbələrə isə endirimlə təklif olunur. Muzey bazar ertəsi istisna olmaqla hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
demokrat.az

1Источники