Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Nazirlər Kabineti tərəfindən verilmiş qərarlara uyğun olaraq təhsil sənədləri hamısı elektron müstəvidə veriləcək və kağız daşıyıcılarda verilməyəcək”.
Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün keçirilən brifinqdə bildirib.
“Bir neçə ay ərzində bəzi şəxslərə sənədlər lazımdırsa, bunu kağız formasında əldə edə bilərlər. Bu təhsil ilinin sonunda isə sənədlər yalnız elektron qaydada veriləcək. Bu, sənədlərin neqativ hallarda istifadəsinin qarşısını alacaq. Proses daha tez həyata keçiriləcək. Son qiymətlər sistemə vurulduqdan cəmi 10 gün sonra bu sənədləri görmək mümkün olacaq”, - deyə idarə rəisi qeyd edib.
Aytəkin TOFİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.