RU

Metroda qatarların hərəkət intervalı bərpa olunub - Yenilənib 

Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur..

Bu barədə Metropolitendən bildirilib.

***

Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin "İçərişəhər-Sahil" mənzilində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.

Poliqon xəbər verir ki, texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.

Bənövşəyi xətdə və "Cəfər Cabbarlı-Xətai", "Həzi Aslanov-Əhmədli" mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik. 

Poliqon.info

Избранный
97
7
poliqon.info

10Источники