RU

Metroda qatarların 15 dəqiqə yubanmasının səbəbi nədir?


Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin “İçərişəhər–Sahil” mənzilində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.
Yenivaz.com
xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər “Sahil” stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılıb. Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olunub.
“Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb.
Избранный
17
4
yeniavaz.com

10Источники