RU

Azərbaycanın avtoparkı hələ də çox köhnədir Natiq Cəfərli

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Azərbaycanın avtoparkı hələ də çox köhnədir. Yaşı 20 ildən artıq olan avtomobillər ölkədəki maşınların 60%-i təşkil edir”.

Bu sözləri Gununsesi.info-ya iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, hökumət 2019-cu ildə hibrid və elektriklə işləyən avtomobillərə vergi-rüsüm güzəştləri tədbiq etdi, son 5-6 ildə, doğrudan da, ölkəyə daha müasir, daha təhlükəsiz, ekologiyaya daha az ziyan vuran avtomobillərin gətirilməsi artdı, avtopark yenilənməyə başladı. Yəni pozitiv dəyişikliklər baş verdi.

Natiq Cəfərli qeyd edib ki, bu ildən bütün güzəştlər ləğv edildi.

“Hökumətin bu qərarında məntiq axtarmaq əbəsdir, bunu onillərdir bilirik, amma heç olmasa, rasional zərrəciklər olmalıdır”, – deyə o, həmçinin bildirib.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
icma.az

1Источники