RU

Həbsdəki jurnalist son 3 ayda üçüncü doğmasını itirdi

ain.az, Gununsesi saytına istinadən bildirir.

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) bacısı vəfat edib.

Gununsesi.info bildirir ki, jurnalistin bacısı fevralın 23-də axşam saatlarında Rusiyada vəfat edib.

Şəmşad Ağanın yaxınları bildirib ki, cənazə fevralın 24-də Rusiyadan Azərbaycana gətiriləcək.

53 yaşlı Ağayeva Zəminə İslam qızı xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Bacısının vəfatı ilə əlaqədar vəkilləri Şəmşad Ağanın yas mərasimində iştirakının təmin olunması üçün məhkəməyə vəsatət verəcək.

Ötən il oktyabrın 12-də Şəmşad Ağanın 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi. Həmin vaxt jurnalistin həbsdən qardaşı qızının yas yerinə buraxılması ilə bağlı verilmiş vəsatətini Xətai Rayon Məhkəməsi təmin etməmişdi.

Bu il yanvarın 28-də isə jurnalistin anası Zərifə Ağayeva vəfat edib. Həmin vaxt yas mərasimində iştirak edə bilməsi üçün Şəmşad Ağa məhkəmə qərarı ilə 3 günlük ailəsinin yanına buraxılmışdı.

Şəmşad Ağa 2025-ci il fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.

Günay Mahirqızı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
icma.az

1Источники