RU

"Qarabağ torpaqları qarabağlılara verilir" - Sahibə Qafarova

"Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. 

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: "Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir".

"İşğaldan azad olunmuş ərazilərlə bağlı onu da qeyd etmək istərdim ki, bu gün orada özəl sektor fəal iştirak edir. Sahibkarlar fəaliyyət göstərir, müəssisələr açılır. Cənab Prezident hər dəfə işğaldan azad olunmuş ərazilərə səfər etdikdə yeni iş yerlərinin açılması üçün müəssisələrin lentlərini kəsir, yeni müəssisələr açılır. Bu müəssisələrin böyük hissəsi özəl sektorun payına düşür, özəl sektor bu işləri həm dövlətdən kredit, həm öz vəsaitini qoymaqla həyata keçirir. Hazırda genişmiqyaslı şəhərsalma prosesi gedir. Müasir standartlara, dünya təcrübəsinə və infrastruktur tələblərinə uyğun yaşayış məntəqələri salınır. Vətəndaşlara yeni evlər təqdim olunur. Bu, dövlətin sosial siyasətinin tərkib hissəsidir", - deyə deputat vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, Qarabağ torpaqları qarabağlılara verilir və Qarabağa köçən hər bir ailə işlə təmin olunur.

Anar Kəlbiyev

Избранный
6
unikal.az

1Источники