RU

Zarafat etdiyinə görə 3 il müddətinə həbs olundu

Dağıstanda 68 yaşlı Əhməd adlı şəxs təhlükəsizlik qüvvələri haqqında zarafat etdiyinə görə həbs olunub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV yazıb. 

Məlumata görə, Novolakski rayonundan olan sosial media istifadəçisi hüquq-mühafizə orqanlarının əməkdaşlarını hədəf alan zarafat videoları görüb. Daha sonra o, polisə zəng edərək terrorçu olduğunu, Rusiyada qadağan olunmuş bir təşkilatla əlaqəli olduğunu, eləcə də silah anbarının yerini və planlaşdırılan terror hücumunun yerini açıqlamağa hazır olduğunu iddia edib.

Polis əməkdaşları şübhəlini tez bir zamanda tapıb. O, saxlanılaraq polis bölməsinə aparılıb. Əhməd orada zarafat etdiyini etiraf edib. Axtarışlar da heç bir nəticə verməyib. 

Məhkəmə terrorizm barədə yalan məlumat verdiyinə görə həmin şəxsi üç il müddətinə azadlıqdan məhrum edib.

Ağarza Elçinoğlu 

Избранный
13
unikal.az

1Источники