RU

“Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”- ÖZƏL

"2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı misilsiz igidlik və şücaət göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsinin qurbanlarının qisasını aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 2025-ci il fevralın 25-də Prezident İlham Əliyev "Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" Sərəncam imzalamışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib: "Xocalıya qayıdış prosesi Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı "Böyük Qayıdış" proqramının mühüm istiqamətlərindən biridir. Bu qayıdış yalnız fiziki məskunlaşma deyil, həm də tarixi ədalətin bərpası, sosial-iqtisadi dirçəliş və milli yaddaşın yenidən canlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu günədək Xocalıda 8 yaşayış məntəqəsinə 881 ailə, 3.602 nəfər köçürülmüşdür. Prezident İlham Əliyev Xocalı sakinləri ilə görüşdə "Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik" deyərək bu yöndə dövlətimizin qırılmaz əzmini, güclü iradəsini ifadə etmişdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
13
olaylar.az

1Источники