Bakı. Trend:
"Atletiko"nun futbolçusu Antuan Qrizmann karyerasını ABŞ-dədavam etdirməyə yaxındır.
Trend bubarədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, "Orlando Siti" fransız vinger üçün danışıqlarabaşlayıb. MLS klubu gələn ayın 26-na qədər transferi həll etməkistəyir. 34 yaşlı futbolçu özü də "Orlando Siti"yə keçidə müsbətyanaşır.
O, bu mövsüm “Atletiko”da 35 matçda 12 qol vurub. QrizmannınMadrid klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-naqədərdir.