RU

Mindən çox abonentin qazı KƏSİLƏCƏK

Ağdaş rayonunda bu gün saat 14:00-da 1 150 abonentin qazı kəsiləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.

Bildirilib ki, təchizatının dayandırılması rayonun 10 kəndini təbii qazla təmin edən Qəribli qaz tənzimləyici məntəqənin (QTM) ölçü qovşağında xəttin üzərində olan sayğac sərfiyyatı qeyd etmədiyi üçün ona texniki baxış keçirilməsi ilə əlaqədardır.

Bu səbəbdən rayonun Qəribli, Aşağı Nemətabad, Ərəbşəki, Eymur, Aşağı Qobuüstü, Qobuüstü, Ağcaqovaq, Hacılar, Yuxarı Nemətabad, Yenikənd kəndlərində cəmi 1137 əhali, 13 qeyri-əhali abonentin qaz təchizatı dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatının verilməsi bərpa ediləcək.

Избранный
1
6
konkret.az

7Источники