RU

Sahibə Qafarova: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir

Yazını böyüt
Yazını kiçilt

Milli Məclis soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib.

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı baş verənlər bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Həmin gecə 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirilib, 487 nəfər ağır yaralanaraq şikəst olub, 1275 sakin girov götürülərək işgəncələrə məruz qalıb".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən pleenr iclasda xatırladıb. Xanım sədr bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Azərbaycan xalqına qarşı bir sıra soyqırımı cinayətləri törədib.

Qeyd olunub ki, girov götürülən şəxslərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək naməlum olaraq qalır.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və sonrakı antiterror əməliyyatlarında əldə etdiyi tarixi qələbələr nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bununla da xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasətinə son qoyulub, Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb.

Sahibə Qafarova parlament iclasında deputatlara müraciət edərək, Xocalı şəhərində və digər yaşayış məntəqələrində erməni şovinizminin qurbanı olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Избранный
5
1
hafta.az

7Источники