RU

Rəsul Çunayev balakənli yeniyetmə və gənclərə “ustad dərsi” keçib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Balakən, 24 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Balakən rayonunda sərbəst və yunan-Roma güləş bölmələrində məşğul olan idmançılara bu dəfə həmyerliləri Rəsul Çunayev dərs keçib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.

Bildirilib ki, Avropa və dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı Rəsul Çunayevin iştirakı ilə Balakən Olimpiya İdman Kompleksində "Ustad dərsi" təşkil olunub.

“Ustad dərsi” Azərbaycan Güləş Federasiyası, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru və Balakən Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.

80 yeniyetmə və gənc güləşçinin iştirak etdiyi dərsdə məşhur güləşçi Rəsul Çunayev idmançılara güləşin sirlərinə dair əyani məşqlər keçib, həmçinin dünya və Olimpiya Oyunları ilə bağlı xatirələrini bölüşüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
70
azertag.az

1Источники