RU

Yanvarda BTC vasitəsilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlandı

Bakı. Trend:

Cari ilin yanvar ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməriilə Türkiyə ərazisindən 16,125 milyon barrel neft nəql olunub.

Bu barədə TrendTürkiyənin “BOTAŞ” şirkətinə istinadən xəbər verir.

Müqayisə üçün 2025-ci ilin yanvar ayında bu göstərici 17,571milyon barrel təşkil edib. Beləliklə, nəql olunan neftin həcmi1,446 milyon barrel və ya 8,2 faiz azalıb.

Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə BTC vasitəsilə206,434 milyon barrel neft nəql olunub.

Müqayisə üçün 2024-cü ildə bu göstərici 224,142 milyon barreltəşkil edib. Beləliklə, nəql olunmanın həcmi 7,9 faiz azalıb.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmişBTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30.10%),SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5.00%),TotalEnergies (5.00%), ITOCHU (3.40%), ONGC Videsh (3.10%),ExxonMobil (2.50%) və INPEX (2.50%).

Məqalədə:
Избранный
30
az.trend.az

1Источники