Bakı. Trend:
Fevralın 24-də Britaniyanın Azərbaycandakı Ticarət PalatasınınDayanıqlı İnkişaf və Enerji üzrə komitəsi Britaniyanın Bakıdakısəfirliyinin dəstəyi ilə paytaxtda “Azərbaycanda su təhlükəsizliyi:tənzimləmə, risklər və məsuliyyətli biznes fəaliyyətləri”mövzusunda dəyirmi masa keçirilib.
Trend xəbər verirki, tədbir Novruz bayramı ərəfəsində keçirib və “Su Çərşənbəsi”nəhəsr olunub ki, bu da Azərbaycanın ənənələrində suyun rəmziəhəmiyyətini vurğulayıb və mədəni irsin dayanıqlı inkişafməsələlərinin müzakirəsi ilə əlaqələndirilməsinə imkan vermişolub.
Dəyirmi masada əsas dövlət qurumlarının, beynəlxalqtəşkilatların və özəl sektorun nümayəndələri iştirak edərəknormativ dəyişiklikləri, risklərin idarə olunmasını və məsuliyyətlibiznesin Azərbaycanın su təhlükəsizliyinin möhkəmləndirilməsindəkirolunu müzakirə ediblər.
Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, SOCAR,“Azercosmos”, Avropa Yenidənqurma və İnkişaf Bankı, ADAUniversiteti, “Aqualink Azerbaijan” və digər şirkətlərinnümayəndələri məruzələrlə çıxışlar edib.
Natiqlər su təsərrüfatı üzrə milli strategiyanınprioritetlərini, ekoloji menecmentin planlaşdırılmasını, suehtiyatlarının monitorinqi üçün Coğrafi İnformasiya Sistemlərindən(CİS) və peyk texnologiyalarından istifadəni, dayanıqlımaliyyələşmə mexanizmlərini, hüquqi çərçivələri və innovativ bizneshəllərini müzakirə ediblər. Tədbir iştirakçılar arasında birbaşafikir mübadiləsinə şərait yaradan açıq diskussiya iləyekunlaşıb.
Britaniyanın biznes icması bu kimi təşəbbüslər vasitəsilədayanıqlı inkişaf və Böyük Britaniya ilə Azərbaycan arasındaişgüzar münasibətləri formalaşdıran strateji sektorlar üzrəkonstruktiv dialoqa töhfə verməyə davam edir.