Bakı. Trend:
Türkiyə və Gürcüstan parlament nümayəndə heyətləri Azərbaycan,Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrininonuncu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdəsəfərdədirlər.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Bildirilir ki, fevralın 24-də Türkiyə Böyük Millət MəclisininXarici əlaqələr komitəsinin sədri Fuad Oktayın və Gürcüstanparlamentinin Xarici əlaqələr komitəsinin sədri NikolozŞamxaradzenin başçılıq etdiyi nümayəndə heyətləri Fəxri xiyabanagələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycandövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramlayad ediblər, məzarı önünə tər çiçəklər düzüblər.
Səfər çərçivəsində nümayəndə heyətləri Bakıda Zəfər parkınıziyarət edərək Zəfər abidəsinin önünə gül dəstələri qoyublar.Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığımöhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizinəziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkıbarədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətlərini Milli Məclisin Beynəlxalqmünasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri SəmədSeyidov və digər rəsmi şəxslər müşayiət ediblər.