RU

FIFA DÇ-2026-nın Meksikadakı oyunlarını başqa ölkəyə keçirə bilər

FIFA Meksikada baş verən kütləvi iğtişaşlar fonunda DÇ-2026-nın bu ölkədəki oyunlarını, həmçinin qitələrarası pley-off matçlarını ABŞ və ya Kanadaya köçürmək variantını nəzərdən keçirir.

Msport.az xəbər verir ki, buna səbəb fevralın 22-də Meksika xüsusi xidmət orqanlarının “Xalisko Yeni Nəsil” narkokartelinin “El Menço” ləqəbli başçısı Ruben Nemesio Oseqera Servantesi öldürməsindən sonra ölkədə yaranan gərginlik olub.

Məlumata görə, cinayətkar qruplaşmaların ölkənin bir neçə şəhərində törətdiyi kütləvi iğtişaşlar və silahlı toqquşmalar artıq yerli futbol çempionatının bəzi oyunlarının təxirə salınmasına gətirib çıxarıb. FİFA rəsmiləri təhlükəsizlik zəmanəti verilməyəcəyi təqdirdə, martda Qvadalaxara və Monterreydə keçirilməsi planlaşdırılan pley-off turnirinin məkanını dəyişə biləcəklərini vurğulayıblar.

Meksikada dünya çempionatının açılış oyunu da daxil olmaqla, ümumilikdə 13 qarşılaşmanın keçirilməsi planlaşdırılır. Hazırda vəziyyəti yaxından izləyən ali futbol qurumu təhlükəsizlik riskləri qalacağı təqdirdə oyunların köçürülməsini son çarə kimi dəyərləndirir.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçirilməlidir.

Избранный
9
3
msport.az

4Источники