Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Cenevrədə BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ararat Mirzoyan və Volker Türk insan hüquqlarının müdafiəsi sahəsində prioritetlər, beynəlxalq insan hüquqları sisteminin üzləşdiyi mövcud çətinliklər və əməkdaşlığın əsas sahələri barədə fikir mübadiləsi aparıblar.
Nazir Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhün daha da institutsionallaşdırılması üçün İrəvanın yanaşmalarını təqdim etdi. Sülhün davamlı olaraq möhkəmləndirilməsi, etimad mühitinin yaradılmasına yönəlmiş addımlar, eləcə də münaqişədən təsirlənən əhalinin problemləri və humanitar məsələlərin həlli qeyd olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.