RU

Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 24 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin birgə təşəbbüsü ilə “Xocalı – silinməz tarix” adlı anım tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU TGT-nin sədri Harun Mehdiyev Xocalı soyqırımının 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu bildirib. 1992-ci il fevralın 26-da erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər. O, gəncləri tariximizin dərslərindən ibrət almağa, tarixi həqiqətləri unutmamağa çağırıb, belə maarifləndirici tədbirlərin davam etdiriləcəyini bildirib.

Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar həkim, İctimai Birliyin sədr müavini, I Qarabağ müharibəsi veteranı Taryel Eyvazov Xocalı hadisələrinin şahidi kimi bu faciənin insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu vurğulayıb. Bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı. Amma illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək.

İctimai Birliyin İdarə Heyətinin üzvləri Cavanşir Rzazadə, “Qladiator” İdman Klubunun prezidenti, I Qarabağ müharibəsi veteranı Azad Məmmədov və jurnalist Surxay Hümbətov tarixi ədalətin bərqərar olduğunu, Xocalı cəlladlarının Azərbaycanın ədalət məhkəməsi qarşısına çıxarılaraq, layiq olduqları cəzanı aldıqlarını bildiriblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
1
azertag.az

2Источники