RU

Flik "Barselona"nın intizamsız futbolçularını cərimələyir - Torres məbləği açıqladı

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik məşqlərə və toplantılara gecikən futbolçulara böyük məbləğdə cərimə təyin edib.

Fanat.Az xəbər verir ki, bunu yerli mətbuata verdiyi geniş müsahibədə "blauqrana"nın 25 yaşlı hücumçusu Ferran Torres deyib.

Onun sözlərinə görə, sözügedən çalışdırıcı tələbinə əsasən, oyun günü gecikən futbolçu 40 min avro məbləğində cərimələnir. Torres  almaniyalı mütəxəssisin dəmir intizamın tərəfdarı olduğunu və öz yanaşmasından əl çəkmədiyini də diqqətə çatdırıb.

Xatırladaq ki, Flik 2024-cü ilin yayından indiki postundadır. "Barselona" onun rəhbərliyi altında ötən mövsüm İspaniya La Liqasının qalibi olub.

Toğrul

Избранный
8
fanat.az

1Источники