RU

Zelenski: Ukrayna, ABŞ və Rusiya arasında görüş 7 10 gün ərzində keçirilə bilər

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş 7-10 gün ərzində baş tuta bilər.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə “İstəklilər Koalisiyası”nın iclasında deyib.

Zelenski müttəfiqlərini Rusiya hücumlarından zərər çəkən enerji sisteminin bərpasını dəstəkləməyə çağırıb.

“Bizim üçün çox çətin bir qış oldu. Yalnız dostların yardımı və xalqımızın möhkəmliyi bizə sağ qalmağa imkan verdi”, - o bildirib.

Zelenski Rusiya əleyhinə sanksiyaların gücləndirilməsinin vacibliyini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
4
apa.az

5Источники