RU

Ermənistanda bu şəxslər hərbi xidmətdən azad edilir


Dünyanın ən yaxşı 50 universitetini bitirmiş və öz ölkəsində ən azı üç il işləmiş Ermənistan vətəndaşları məcburi hərbi xidmətdən azad ediləcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan parlamentində “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə təklif edilən qanun layihəsində qeyd olunub.
“Bu şəxslər “Şanxay Reytinqi”nin ilk 50-liyinə daxil olan universitetlərdə bakalavr, magistr və ya aspirantura təhsilini başa vurduqdan sonra hökumət tərəfindən müəyyən edilmiş ixtisaslar üzrə Ermənistan Respublikasında ən azı üç il işləyəcəklər”, - deyə elm, təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib.
Избранный
17
yeniavaz.com

1Источники