“Yuventus”a məxsus olub icarə əsasında “Latsio”da çıxış edən Nikolo Rovella əməliyyat olunub.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi A Seriyasının 26-cı turunda “Kalyari” ilə oyunda (0:0) sağ körpücük sümüyünü sındırıb.
İtaliya millisində 1 oyun keçirən Rovella bu mövsüm 9 matçda 1 assistlə yadda qalıb. O, daha əvvəl osteomielit səbəbindən də bir müddət sıradan çıxmışdı.