RU

“Qlobal Sülh İndeksi 2025”: Monqolustan Asiyanın ən dinc 5 ölkəsindən biridir

Bakı, 24 fevral, AZƏRTAC

Monqolustan İqtisadiyyat və Sülh İnstitutu tərəfindən dərc olunan “Qlobal Sülh İndeksi 2025” hesabatında Asiyanın ən dinc beş ölkəsi arasında yer alıb.

AZƏRTAC Monqolustanın Montsame informasiya agentliyinə istinadla xəbər verir ki, ölkə 1,71 bal toplayaraq qlobal reytinqdə 163 ölkə arasında 37-ci, Asiyada isə 5-ci pillədə qərarlaşıb.

Asiya üzrə siyahıya Sinqapur, Yaponiya, Malayziya və Butan başçılıq edir.

Hesabatda qeyd olunur ki, Monqolustan siyasi sabitlik, xarici münaqişələrin aşağı səviyyəsi və ictimai təhlükəsizlik göstəricilərinə görə müsbət qiymətləndirilib. Bal nə qədər aşağı olarsa, ölkə bir o qədər dinc hesab olunur.

Избранный
20
1
azertag.az

2Источники