RU

ABŞ-ın yeni qlobal tarifləri qüvvəyə mindi

ABŞ-da Donald Tramp administrasiyasının yeni qlobal tarif siyasəti rəsmi olaraq 24 fevralda qüvvəyə mindi və azadolmayan məhsullara əlavə 10 faiz vergi tətbiq etdi.

Turkustan.az xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP), istisnalara uyğun olanlar istisna olmaqla, bütün idxal mallarına ilkin olaraq 10 faiz əlavə vergi tətbiq ediləcəyini açıqladı.

ABŞ Ali Məhkəməsi 20 fevralda qərar verdi ki, Prezident Donald Trampın tariflərinin əsaslandığı Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) prezidentə tariflər tətbiq etmək səlahiyyəti vermir.

Bildirək ki, Tramp 21 fevralda ABŞ-ın digər ölkələrdən idxal edilən məhsullara tətbiq olunan qlobal tarif dərəcəsini 10%-dən 15%-ə qaldıracağını açıqladı.

Aytən Yaşar/ Turkustan.az

Избранный
22
turkustan.az

1Источники