RU

Türkiyəli deputat: “Region üçün müharibə qəbuledilməzdir“

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ukrayna müharibəsində sülh ancaq diplomatiya sayəsində əldə edilə bilər".

Moderator.az xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin xarici ​​​​əlaqələr komitəsinin sədri Fuat Oktay Milli Məclisdə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.

O bildirib ki, ki, Türkiyə parlamenti də dayanıqlı sülhün tərəfdarıdır.

Bundan başqa, İsrail və Fələstin arasındakı münaqişəyə toxunan Türkiyə rəsmisi bildirib ki, Yaxın Şərqdə uzunmüddətli sülh ədalətlə bərpa edilə bilər.

F.Oktay, eyni zamanda, İran və ABŞ arasındakı gərginliyə də münasibət bildirib:

"Burada diplomatiya ön plana çıxmalıdır. Bu, eskalasiyanı azaldacaq. Region üçün müharibə qəbuledilməzdir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
moderator.az

2Источники