Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Aydındır ki, Rusiya hələ də “hücum” taktikasına üstünlük verirsə, Ukrayna daha çevik və yaradıcı yanaşma nümayiş etdirir.
Müharibənin əsas nəticələrindən biri siyasi və iqtisadi müstəvidə görünür.
KONKRET.az xəbər verir ki, qarşıdurmanın başlanğıcında — 2014-cü ildə — Rusiya neft və qaz tədarükləri ilə Avropanın enerji bazarına faktiki nəzarət edirdi. Bu gün isə həmin inhisar qırılıb, ixrac azalır, gəlirlər və neft-qaz şirkətlərinin kapitallaşması düşür.
Sanksiyalar artıq real təsir göstərir. Əvvəl simvolik xarakter daşıyan məhdudiyyətlər indi ciddi təzyiqə çevrilib.
Onların təsiri yavaş, amma davamlıdır. İqtisadi çətinliklər təkcə regionlarda deyil, Moskvada da hiss olunur — restoran və əyləncə sektorunda gəlirlər azalır ki, bu da əhalinin yoxsullaşdığını göstərir.
Rusiya Qərbdə illərlə qurduğu təsir imkanlarını da itirir. Keçmiş Avropa Şurası baş katibi Torbjørn Jagland ilə bağlı araşdırma bunun nümunələrindəndir.
Ölkə “tərəfdaş” imicindən uzaqlaşaraq getdikcə “təcrid olunmuş güc” obrazına yaxınlaşır. MDB məkanında da Moskvanın təsiri zəifləyir.
Bu nəticələr hərbi uğursuzluqlardan daha strateji və daha ağrılıdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.