Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İsveç hökuməti Ukraynaya 230 milyon kron (25,31 milyon dollar) humanitar yardım ayırmaq qərarına gəlib.
Bizimyol.info xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat verib.
"Bu gün hökumət Ukraynaya 2026-cı il üçün 230 milyon kron məbləğində yeni humanitar yardım paketi təqdim edir. Dəstək BMT-nin Ümumdünya Ərzaq Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi, BMT-nin Uşaq Fondu, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Uşaqları Xilas Edin təşkilatı arasında bölüşdürülür. Yardım paketi Ukraynanın istilik, su, sığınacaq və qidaya olan təcili ehtiyaclarını ödəyəcək", - deyə mətbuat açıqlamasında bildirilir.
İnkişaf və Xarici Ticarət naziri Benjamin Dusanın sözlərinə görə, İsveç "Ukraynanın dayanıqlığını qoruyacaq və əhalinin ən həssas təbəqələrinə ümid parıltısı təqdim edəcək tədbirlər paketi" təqdim edir.
Hökumətin məlumatına görə, İsveçdən Ukraynaya göstərilən hərbi dəstəyin ümumi məbləği 103 milyard kron (11,37 milyard dollar), mülki dəstək isə 24,7 milyard kron (2,7 milyard dollar) təşkil edir.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.