RU

ABŞ dən İrana sərt mesaj: “Bütün variantlar masadadır”

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

 ABŞ-nin müdafiə naziri Pete Heqset İranla bağlı bütün variantların masada olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Heqset Kolorado ştatına səfəri zamanı jurnalistlərə açıqlamasında İranla davam edən danışıqlar və mümkün hərbi müdaxilə ehtimalı barədə danışıb.

O, İranın razılaşma əldə etməli olduğunu, Prezident Donald Trampın da bunu üstün tutduğunu deyib. Razılıq əldə olunmadığı halda Trampa təqdim ediləcək alternativ variantların mövcud olduğunu vurğulayıb.

Heqset hərbi hücum ehtimalının gündəmdə olub-olmaması ilə bağlı suala cavabında “Hər şey masadadır. Bu, Prezidentin qərarıdır. Biz razılaşmanın əldə olunması üçün buradayıq. İranın yaxşı bir razılaşma etməsi ağıllı addım olardı” ifadələrini işlədib.

Nigar Hacılı

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
1
cebheinfo.az

2Источники