RU

Amerikalı ekspert: “Azərbaycanın hərbi və iqtisadi potensialı…”

“Azərbaycanın hərbi və iqtisadi potensialı ona özünə inam yaradır”.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-dan ekspert Amerikalı geopolitika üzrə ekspert Nikolas Gvozdevin fikirləri:

Azərbaycan dünyada aparıcı “orta güclərdən” biridir və əhəmiyyətli hərbi və iqtisadi potensiala malikdir. Bu da ona digər dövlətlərlə danışıqları özünəinamlı mövqedən aparmağa imkan verir. Onun xarici siyasətinin əsas hərəkətverici qüvvələrindən biri neytrallığa can atmasıdır — bu anlayışın ən yaxşı mənasında: bütün aparıcı dövlətlər və bloklarla açıq, konstruktiv münasibətlər qurmaq, eyni zamanda öz təhlükəsizliyi məsələlərində onlardan hər hansı birindən asılı olmaqdan imtina etmək.

Xüsusilə vacib məqam ondan ibarətdir ki, Azərbaycan heç bir ölkəyə və ya bloka onun digər dövlətlər və birliklərlə münasibətləri necə qurmalı olduğunu diktə etməyə imkan vermir. Azərbaycan Qərblə əməkdaşlığı genişləndirən, lakin eyni zamanda Rusiya ilə qarşılıqlı faydalı münasibətləri qoruyan nadir ölkələrdən biridir; İran, Fars körfəzi ölkələri və Türkiyə ilə əlaqələri davam etdirir, paralel olaraq Çin və Hindistanla da təmaslarını inkişaf etdirir.

Ağagül Mürsəlov,
KONKRET.az

Избранный
12
1
konkret.az

2Источники